Şrift:
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27.01.2021 [11:29] - Gündəm, İqtisadiyyat
Ədliyyə Nazirliyi, İcra baş idarəsi və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər şəxsləri ilə onlayn görüş keçirilib.

ABA-dan bildirilib ki, görüşdə icra prosesində qarşıya çıxan məsələlər, onların həlli istiqamətləri, tərəfləri maraqlandıran suallar ilə bağlı müzakirələr edilib və gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərin tərəflərin nümayəndələrindən ibarət 2019-cu ildə yaradılmış İşçi Qrup çərçivəsində qarşılıqlı fəaliyyət əsasında həll edilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed