Şrift:
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
27.01.2021 [11:32] - Gündəm, Hüquq
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed