Şrift:
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27.01.2021 [11:35] - Gündəm, İdman
Martın 4-7-də Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub.

Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ləğv olunması koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, mayın 7-9-da Bakıda bədii gimnastika üzrə dünya kuboku turnirləri, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları (21-23 may) və 16-cı dünya çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatı, eləcə də 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed