Şrift:
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənili
27.01.2021 [11:39] - Xəbərlər, Hərb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpası tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyunca minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənir.

Son günlər Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında tank əleyhinə 80 mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed