Şrift:
Badamdardakı sürüşmə prosesi əsasən təbii amillərin təsirindən baş verib
29.01.2021 [11:30] - Gündəm, Sosial
Badamdar yolunun sağ yamacında - 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən baş verib. Ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması və son aylar ərzində əraziyə düşən intensiv atmosfer yağıntıları bu prosesi qaçılmaz edib.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə tədqiqat işləri aparılır: "Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalar davam edir. Ərazidə təbii amillərdən başqa texnogen amillərin də təsiri var. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib. Hazırda tədqiqatlar davam etdirilir".
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed