Şrift:
Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində piyadalar üçün təhlükəsizlik tədbirləri görülüb
29.01.2021 [11:36] - Gündəm, İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Agentlikdən bildirilib ki, nəticədə növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq bağçasının yerləşməsi nəzərə alınaraq bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed