Şrift:
Naməlum şəxs Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edib
02.02.2021 [10:27] - Gündəm, Hadisə
Brüsselin Molenbek kommunasındakı “Qərb vağzalı” metro stansiyasında sərnişinlərə bıçaqla edilən hücum nəticəsində beş nəfər yaralanıb.

Bu barədə Vivacite radiostansiyası məlumat yayıb.

RTL telekanalı bildirir ki, hücum edən şəxs polis tərəfindən neytrallaşdırılıb. Hazırda metro stansiyası bağlanıb, orada müstəntiqlər işləyir. Polis hələlik şübhəlinin şəxsiyyətini və istintaqın heç bir versiyasını açıqlamır. Lakin insidentin təhqiqatını Krallığın əsasən terrorçuluqla mübarizə ilə məşğul olan federal polisi öz üzərinə götürüb.

Molenbek kommunasında Yaxın Şərq və Afrika mənşəli çoxsaylı icma yaşayır. 2015-ci ildə Parisdə, 2016-cı ildə Brüsseldə terror aktları təşkil edən İŞİD-lə bağlı qruplaşmaların məhz burada toplaşdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed