Şrift:
Xırdalanda ikimərtəbəli evdə yanğın olub
02.02.2021 [10:34] - Gündəm, Hadisə
Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli fərdi evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed