Şrift:
Son sutkada Fransada koronavirusa yoluxanların sayı 26 min nəfər olub
04.02.2021 [10:58] - Gündəm, Sosial
Fransada son sutkada COVID-19 pandemiyasına 26 min yeni yoluxma və 357 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, xəstəxanalarda 27 min 955 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3277 xəstə intensiv müalicə alır. Son 24 saatda reanimasiya şöbələrinə ağır vəziyyətdə olan 228 yeni koronavirus xəstəsi qəbul edilib. Ölkədə pandemiya başlayandan ölənlərin ümumi sayı 77 min 595-ə çatıb.

Hökumət sanitar vəziyyətin kəskinləşdiyi təqdirdə yeni tədbirlərə əl atacağını bildirib. Ölkədə hibrid təcrid olma rejimi tətbiq olunacağı qeyd edilib. Yeni təcrid olma rejiminin tətbiq edilməsi Milli Assambleyada səsvermədən sonra qərara alınacaq. Fevralın 4-də yerli vaxtla axşam saat 18:00-da Baş nazir Jan Kasteks və səhiyyə naziri Olivye Veranın sanitar böhranın evolyusiyası ilə bağlı çıxışı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed