Şrift:
“Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
04.02.2021 [11:34] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatı tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində “Ürəyi Vətənlə döyünənlər” adlı onlayn tədbir keçirilib.

İdarədən bildirilib ki, layihənin məqsədi gənclərin vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirlərin davam etdirilməsi və şəhidlərin tanıdılmasından ibarətdir. Onlayn tədbir “Zoom” proqramı üzərindən izlənilib.

Vətənpərvərlik ruhunda keçirilən tədbirdə Vətən müharibəsi şəhidləri Şahgündüz Cabbarov, Muxtar Qasımlı, Bilal Qənbərov, qardaşlar İman və Bəhram Məmmədzadələr, Məhəmmədəli İbrahimli və Zairli Zahidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüb və şəhid ailələri adından təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed