Şrift:
Azərbaycan koksu Hindistana nəql olunur
05.02.2021 [12:02] - Gündəm, İqtisadiyyat
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun istehsalı olan koks bu dəfə Hindistana nəql edilir.

“ADY Express” MMC-dən bildirilib ki, MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini davam etdirir. Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır. Burada yük gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25 min ton koks Hindistana çatdırılır ki, onun axırıncı partiyası min tonu artıq yola salınıb. Bu ayda daha 25 min ton koksun nəql olunacağı nəzərdə tutulub. Vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır.

Xatırladaq ki, “ADY Express” şirkəti ötən ilin noyabr-dekabr aylarında 27 min ton koksu Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed