Şrift:
Sabah fizika, coğrafiya, biologiya və informatika üzrə fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək
10.02.2021 [10:34] - Xəbərlər, Bildiriş
Sabah riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 mindən çox şagird qeydiyyatdan keçib. IX, X və XI sinif şagirdlərinin, eyni zamanda, xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak edəcəyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.

Qeyd edək ki, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil olunacaq.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed