Şrift:
Cənubi Koreya "AstraZeneca" şirkətinin COVID-19 əleyhinə peyvəndini təsdiqləyib
10.02.2021 [10:47] - Gündəm, Sağlıq
Cənubi Koreyanın Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı COVID-19 əleyhinə peyvəndinin istifadəsini təsdiqləyib.

“AstraZeneca” peyvəndinin ölkədə vaksinasiya olunması nəzərdə tutulan bütün yaş qruplarına, o cümlədən yaşı 65-dən yuxarı olan şəxslərə vurulmasına icazə verilib. Bu, Cənubi Koreyada yeni növ koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənddir.

Bildirilir ki, Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar fevralın 26-dan başlayacaq vaksinasiya prosesində “AstraZeneca” peyvəndindən istifadə olunacaq. İlkin mərhələdə 750 min doza bu peyvənddən ölkəyə gətirilməsi nəzərdə tutulub.

Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ilkin mərhələdə xüsusi risk qrupundan olan 776 min nəfərə peyvənd vurulacağını açıqlayıb.

Qeyd edək ki, Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed