Şrift:
Estoniyada koronavirusa yoluxanların sayı artıb
15.02.2021 [10:35] - Gündəm, Sosial
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 667 nəfər artaraq 52 min 416-ya çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 842 min 494 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4910 nəfərdən 667-nin testinin nəticəsi müsbət çıxıb.

Ölkədə ümumilikdə COVID-19-dan 495 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən, 41 min 327 nəfər təşkil edir.

Ölkədə koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed