Şrift:
Türkiyədə terror təşkilatlarına qarşı başladılan növbəti əməliyyat ölkənin yarısını əhatə edir
16.02.2021 [10:21] - Gündəm, Türk dünyası-Turan
PKK/KCK terror təşkilatının Türkiyə daxilində fəaliyyətinin qarşısının alınması məqsədilə ölkənin 40 vilayətində paralel əməliyyatlar başladılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, əməliyyatlar zamanı aralarında Xalqların Demokratik Partiyasının (HDP) şəhər və rayon rəhbərlərinin də olduğu 718 nəfər saxlanılıb. Bu şəxslərin ev və iş yerlərində aparılan axtarışlar zamanı çoxlu sayda silah-sursat, terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Əməliyyatlar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed