Şrift:
Türkiyədə COVID-19-la bağlı qadağaların mart ayından etibarən yumşaldılması nəzərdə tutulur
18.02.2021 [10:46] - Xəbərlər, Siyasət
Türkiyə ərazisində təlim-tədris prosesi, o cümlədən ali təhsil müəssisələrinin ənənəvi təhsilə keçməsi, həftəsonu və yaş həddinə görə qadağaların yumşaldılması, kafe, restoran və bu kimi digər ictimai-iaşə obyektlərinin açılması prosesinin mart ayından etibarən başlaması nəzərdə tutulur. Qadağaların yumşaldılması ölkənin vilayətləri üzrə yoluxma saylarının azalması və əhalinin peyvəndlənməsinə uyğun aparılacaq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin nazirlər kabinetinin növbəti toplantısından sonra bildirib.

Çıxışı zamanı Türkiyənin artıq 40 ildir terrorla mübarizə aparan bir ölkə olduğunu deyən Prezident Ərdoğan 1990-cı illərdə terror təşkilatları tərəfindən həm dinc türk xalqı, həm də dövlət nümayəndələrinə qarşı amansız hücumların edildiyini bildirib.

Qeyd edilib ki, Türkiyəyə qarşı qəsdi olanlar 2013-cü ildən etibarən PKK terror təşkilatını yenidən hərəkətə keçirib, lakin, buna qarşı ciddi tədbirlər görülüb. Terror təşkilatlarına qarşı mübarizə son beş il ərzində daha da gücləndirilib. 2015-ci ilin iyul ayından etibarən Türkiyə sərhədləri daxilində və xaricində aparılan antiterror əməliyyatları zamanı hərbiçi, polis, jandarma əməkdaşları olmaqla ümumilikdə 1259 Türkiyə vətəndaşı həlak olub. Bu müddət ərzində keçirilən antiterror əməliyyatları nəticəsində 17 min 750-ə yaxın terrorçu zərərsizləşdirilib.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed