Şrift:
Kraliça II Elizabetin həyat yoldaşı xəstəxanaya yerləşdirilib
18.02.2021 [10:53] - Xəbərlər, Siyasət
Kraliça II Elizabetin həyat yoldaşı Edinburq hersoqu 99 yaşlı şahzadə Filip özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib.

Londondakı xüsusi Kral VII Edvard Xəstəxanasına aparılan şahzadənin COVID-19 ilə əlaqəli olmayan başqa bir xəstəlikdən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bukingem Sarayı hersoqun özünü pis hiss etdiyi üçün həkiminin tövsiyəsi ilə xəstəxanaya yerləşdirildiyini və bir neçə gün müşahidə altında qalacağını açıqlayıb.

Qeyd edək ki, 94 yaşlı Kraliça və hersoq koronavirus pandemiyası başlayandan bəri London yaxınlığındakı Vindzor qalasında yaşayırlar və hər ikisinə yanvar ayında COVID-19 peyvəndinin ilk dozası vurulub. Hersoqun iyun ayında 100 yaşı tamam olacaq.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed