Şrift:
İran İordaniyaya 30 il pulsuz neft verməyə boyun oldu
26.11.2012 [10:46] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın İordaniyadakı səfiri Mustafa Müslihzadə jurnalistlərə açıqlamasında ticarət və dini turizm əlaqələrinin bərpası müqabilində bu ölkəyə 30 il müddətinə pulsuz neft verməyə hazır olduqlarını bildirib.
Mustafa Müslihzadə deyib: “Bizim düşmənimiz birdir. Bunu hamı bilir. Düşmən bölgədə hegemonluğu ələ keçirmək üçün müsəlmanlar arasında nifaq salmağa, onları bir-birindən ayırmağa çalışır”.
İordaniya hakimiyyətinə müxalif İslam Hərəkatının rəhbərlərindən Rüheyl Qərabiyə “Əl-Cəzirə” telekanalına açıqlamasında İranın səmimiliyinə şübhə ilə yanaşdığını bildirib: “Biz baxıb görməliyik ki, İranın bu səxavətli təklifi qarşısında nəyi ödəməli olacağıq. Baxmalıyıq ki, Tehran bu təklifinin qarşılığında özünün hansı mənafeyini təmin etməyə və Suriyada zülmə dəstək verdiyi halda bölgədə hansı rolu oynamağa çalışır”.
Son illərdə İranla İordaniya arasında münasibətlər soyuyub. İordaniya Tehranın bölgədəki ərəb ölkələrinin daxili işlərinə qarışmasından, son il yarımda isə Bəşər Əsəd hakimiyyətinə açıq-aşkar dəstək verməsindən narahatdır və İranla münasibətləri minimuma endirib.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed