Şrift:
Sutka ərzində İranda koronavirusdan 74 nəfər ölüb
22.02.2021 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son sutka ərzində İranda koronavirusa 7 min 931 nəfər yoluxub, 74 nəfər isə ölüb.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 574 min 12 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 483-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 689 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 344 min 791 xəstə sağalaraq evə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed