Şrift:
Meksikada hərbi təyyarə qəzaya uğrayıb
22.02.2021 [10:53] - Gündəm, Hadisə
Meksika Hava Qüvvələrinə məxsus "Learjet" markalı təyyarə ölkənin Verakrus ştatında qəzaya uğrayıb.

Bu barədə "El Universal" qəzeti öz saytında bildirib.

Məlumata əsasən, təyyarədə olan yeddi nəfər həlak olub.

Təyyarə qəzası bölgənin paytaxtı Xalapa şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və hökumət rəsmiləri gəliblər.

Faciənin mümkün səbəbləri barədə məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed