Şrift:
Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışını davam etdirirlər
22.02.2021 [11:00] - Xəbərlər, İdman
Sərbəst güləş üzrə yığmamız Mahaçqalada təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Dağıstan komandası ilə birgə toplanış keçən millimiz həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır. Birgə təlim-məşq toplanışı fevralın 25-dək davam edəcək. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edirlər. Yığma komandanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirirlər.

Qeyd edək ki, sərbəst güləşçilərimizin bir qismi fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya təsnifat turnirinə son hazırlıq prosesi martın 1-dən 14-dək Bakıda – Olimpiya Güləş Mərkəzində baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed