Şrift:
Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın baş verib
22.02.2021 [11:14] - Gündəm, Hadisə
Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzil yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 8 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed