Şrift:
Muğan və Zənganda Beynəlxalq Ana Dili Günü anılıb
22.02.2021 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən fevral ayının 21-də, tədbirlərin davamında Muğanda, Zəngan əyalətində, Əbhər şəhərində milli-mədəni fəallar uşaqlar arasında kitablar paylayıb, poster, broşur və traktlar yaymaqla Beynəlxalq Ana Dili Gününü anıb və ana dilində təhsilin vacibliyi barədə vətəndaşlarla aydınladıcı söhbətlər aparıblar.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.


Hal-hazırda çox sayda azərbaycanlı milli-siyasi fəallar, o cümlədən Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed