Şrift:
Pekin Kanada parlamentinin təklifini pisləyib
23.02.2021 [11:08] - Xəbərlər, Siyasət
Rəsmi Pekin Kanada parlamentinin Çinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı qəbul etdiyi təklifi pisləyib.

Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çinin Kanadadakı səfirliyi bəyanat yayaraq, Kanada parlamentinin İcmalar Palatasının Sincan məsələsi ilə bağlı təklifinə ciddi narazılığını və sərt etirazını ifadə edib. Bəyanatda Sincanla bağlı məsələlərin insan hüquqları, etnik və dini amillərlə əlaqəli olmadığı, bunun zorakılıqla, terrorizmlə və ekstremizmlə mübarizə olduğu vurğulanıb.

Qeyd edək ki, Kanada parlamentinin İcmalar Palatası Sincan Uyğur muxtar bölgəsində Çinin uyğur müsəlman azlığına qarşı rəftarını "soyqırımı" kimi göstərən bir təklif qəbul edib
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed