Şrift:
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Nizami xəmsəsi” layihəsinin yekun tədbiri olub
23.02.2021 [11:23] - Xəbərlər, Mədəniyyət
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Nizami xəmsəsi” layihəsi “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev layihənin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb.

Bildirilib ki, layihəyə əsasən “Nizami” bədii filminin nümayişi, “Sirlər xəzinəsi” poemasının müzakirəsi, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair “Xəmsə” milli intellektual oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Nizami Gəncəvinin həyat və yaradıcılığından söz açıblar.

Tədbirdə “Nizami xəmsəsi” layihəsi çərçivəsində reallaşan “Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları və dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Gecədə “Xəmsə” milli intellektual oyununun, adı çəkilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed