Şrift:
Türkiyəli dağçılar Haçadağa dırmanma yürüşündə iştirak ediblər
23.02.2021 [11:27] - Xəbərlər, Türk dünyası-Turan
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Türkiyə Cümhuriyyətinin İqdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Zirvə Dağçılıq, Təbiət və İdman Klubunun idmançıları Xocalı soyqırımı şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə Haçadağa dırmanma yürüşü keçiriblər.

Haçadağa dırmanma yürüşünə səhərin erkən saatlarında Culfa rayonu Gal kəndi istiqamətindən başlanılıb. Dağa dırmanma müvəffəqiyyətlə başa çatıb.

Sonra türkiyəli dağçılarla Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında görüş keçirilib.

Qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə də tanış olublar.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed