Şrift:
Dərbənddə azərbaycanlıların bankını bağladılar
26.11.2012 [14:26] - Gündəm, Dərbənd
Rusiya Mərkəzi Bankı Dərbənddə fəaliyyət göstərən “Derbent-kredit” bankının lisenziyasını əlindən alıb.Məlumata görə “Derbent-kredit” bankı müflis elan edilib.

Qeyd edək ki, adı çəkilən bank 2004-cü ildən fəaliyyət göstərib. Bankın təsisçiləri və rəhbərləri Dərbənddə yaşayan azərbaycanlılardır.

Bir qədər əvvəl bankın Direktorlar Şurasının sədri vəzifəsinə Qurbanov Nəriman Məhəmməd oğlu gətirilmişdi. Nəriman Qurbanov məşhur azərbaycanlı ictimai-siyasi xadim Seyid Camaloviç Qurbanovun nəvəsidir. Onun atası Məhəmməd Qurbanov isə Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsidir.

Dərbənddəki mənbələrimizin dediyinə görə, adıgedən bank kifayət qədər fəal bank olub. “Derbent-kredit” ən sərfəli şərtlərlə kredit verirdi və təkcə Dərbənddə yox, Mahaçqalada, Kaspiyskdə və Dağıstanın bir sıra şəhərlərində etibarlı bank kimi tanınırdı” - deyə, mənbə bildirir.
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed