Şrift:
Fransada son sutkada koronavirusa 20 mindən çox yeni yoluxma qeydə alınıb
25.02.2021 [10:13] - Gündəm, Sosial
Fransada son sutkada COVID-19 pandemiyasına 20 mindən çox yeni yoluxma və 431 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, Fransada pandemiya başlayandan 3 min 629 milyon yoluxma qeydə alınıb.

Xəstəxanalarda 25 min 660 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3 min 435 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə olunur. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 85 min 44-ə çatıb. Bu günə qədər xəstəxanalarda 252 min 83 virus xəstəsi sağalıb.

Ölkədə 10-dan çox departamentdə virusun sürətlə yayıldığı qeyd edilir. Yeni yoluxanların 40 faizində virusun yeni ştamlarına rast gəlinir. Bəzi departamentlərdə yenidən karantin rejiminin tətbiq ediləcəyi vurğulanır.
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed