Şrift:
Azərbaycandan Dağıstana köçmüş Xrax-oba və Uryan-oba kəndlərinin sakinləri ciddi yaşayış problemləri ilə üzləşiblər
27.11.2012 [09:55] - Gündəm, Sosial, Dərbənd
Sakinlər Mahaçqalada etiraz aksiyası keçiriblər

Azərbaycanın Xaçmaz rayonunda yerləşən Xrax-oba və Uryan-oba kəndlərindən Dağıstana köçmüş sakinlərin ev problemləri hələ də həll olunmayıb.

Dağıstana köçürülən sakinlər ictimaiyyətin diqqətini öz problemlərinə cəlb etmək üçün artıq iki dəfə mitinq keçirdiblər. Onlardan biri noyabrın 26-da Mahaçqalada Xrax-oba sakinləri tərəfindən keçirilib. Sakinlər bildiriblər ki, onlara yeni evlər verilməyib, uşaqlar isə artıq 4 aydır məktəbə getmir. Onlar öz köhnə evlərinə də qayıda bilmirlər, çünki bu evlər artıq digər insanlara verilib.

Dağıstan rəsmiləri isə bildirirlər ki, bütün sakinləri yerləşdirməyə pul çatışmır. Dağıstan tərəfi sakinlərin siyahısını Rusiyanın Maliyyə və Regional İnkişaf Nazirliyinə göndərib: “Xrax-oba sakinləri üçün binalar Məhərrəmkənd rayonunu Novoaul kəndində tikiləcək. Biz artıq orada torpaq sahəsi də ayırmışıq və orada evlər tikiləcək. Maliyyə məsələsi həll olunmayınca, işlər davam etməyəcək. Son siyahıda isə 377 nəfərin adı qeyd olunub. Onlardan 366-sı Xrax-oba, 11-i isə Uryan-oba kəndlərinin sakinləridir”.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra əslən Dağıstanın Məhərrəmkənd və Axtı rayonlarından olan Xrax-oba və Uryan-oba sakinlərinin statusu məsələsi gündəmə gəlib. Azərbaycan hökuməti kəndlərin əhalisinə Rusiya vətəndaşlığını saxlamaqla sadələşdirilmiş qaydada Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib. Uryan-oba sakinləri bu təklifi qəbul edərək Azərbaycan ərazisində həyat və fəaliyyətlərini davam etdirməyi leqallaşdırıblar. Xrax-oba sakinləri isə individual qaydada Dağıstan ərazisinə köçməyə qərar veriblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiyanın Azərbaycandakı səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 1417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed