Şrift:
“Naxçıvan” Universitetində “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsinə start verilib
02.03.2021 [10:49] - Xəbərlər, Sosial
“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi 1-5 mart tarixlərində reallaşdırılıcaq.

Universitetin mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində keçirilən konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva ölkəmizdə ədəbi irsimizə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlət başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Rektor Nizami Gəncəvi yaradıcılığı, onun zəngin irsi haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənovaya verilib. Professor qeyd edib ki, Nizami Gəncəvi yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı üçün yox, həm də dünya ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Onun yaratdığı əsərlər bu gün də geniş tədqiq və təbliğ olunur.

Sonra dosent Əli Həşimlinin “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi” mövzusunda çıxışı dinlənilib.

Tədbirin sonunda universitetin rektoru, dosent Nurlana Əliyeva beş gün davam edəcək silsilə tədbirlər haqqında da iştirakçılara ətraflı məlumat verib.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed