Şrift:
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
02.03.2021 [11:02] - Gündəm, Mədəniyyət
Rəssam Nailə Qəndilova Belarusda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərini təqdim edib.

Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, rəssam yeni yaradılmış “Fəlakətdən keçib qalib gəlmək” əsərini izah edərkən qeyd edir ki, bu yalnız güclü ruha və iradəyə malik olan xalqlara aiddir və Azərbaycan xalqı da öz timsalında bunu bütün dünyaya sübut etdi.

“Azərbaycan xalqı uzun illərdən sonra ilk dəfə işğal olunmuş əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün xatırlayır, bir tərəfdən xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən isə şəhidlərimizin qanının yerdə qalmamasından, torpaqlarımızın işğaldan azad olunmasından fərəh hissi keçirirdik. Vətən o zaman var ki, onun torpağını göz yaşları ilə suvaran və qorumağa hazır olan ərləri var. Torpaq uğrunda ölən varsa, Vətəndir”, - deyə Nailə Qəndilova əlavə edib.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed