Şrift:
Bomba barədə məlumatla əlaqədar Tac-Mahaldan insanlar təxliyə olunub
04.03.2021 [11:51] - Xəbərlər, Hadisə
Hindistanın Arpa şəhər polisi məşhur Tac-Mahal məqbərəsinin yaxınlığına partlayıcı qurğu qoyulduğu barədə məlumatla əlaqədar ziyarətçiləri təxliyə edib.

Xarici KİV-lərə istinadla xəbər verir ki, zəng edən şəxs bombanın tezliklə partlayacağını bildirib. Hindistan təhlükəsizlik qüvvələrinin əməkdaşları və Arpa polisi partlayıcı qurğunun axtarışlarına başlayıb, əraziyə bomba zərəsizləşdirilməsi üzrə qrup cəlb olunub.

Təhlükəsizlik tədbiri kimi, tarixi abidənin içərisində olan bütün turistlər dərhal təxliyə edilib, məqbərəyə giriş və çıxış dayandırılıb.

İlkin məlumata əsasən, bomba barədə telefon zəngi Uttar-Pradeş ştatının Ferozabad şəhərindən edilib. Hazırda zəng edən şəxsin tapılmasına cəhd göstərilir.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed