Şrift:
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04.03.2021 [11:53] - Gündəm, Sosial
Martın 3-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 min 272 nəfər vaksinasiya olunub

Koronavirusinfo.az saytına istinadla xəbər verir ki, yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 337 min 315 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Xatırladaq ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed