Şrift:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin şəhid məzununun ailəsi ilə görüş
04.03.2021 [12:13] - Xəbərlər, Sosial
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, dekan müavini Xəyyam Bədəlov, universitetin əməkdaşı Cahangir Süleymanov və ADPU-nun tələbə təşkilatlarının nümayəndəsi Asim İbrahimov Vətən müharibəsi şəhidi, Ağcabədi filialının məzunu, baş leytenant Ağaqardaş Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, Zərdab rayonunun Salahlı kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri şəhidin atası İlham Abbasovla həmsöhbət olublar. O, qonaqlara Ağaqardaşın vətənpərvərliyindən söz açaraq xatirələrini bölüşüb, övladının öz doğum günündə, sentyabrın 28-də şəhid olduğunu bildirib.

ADPU-nun nümayəndəsi C.Hüseynov rektor, professor Cəfər Cəfərov başda olmaqla universitet rəhbərliyi adından şəhid ailəsinə ehtiramını bildirib, Vətən müharibəsində şəhid və qazi olan bütün tələbə və məzunların daim diqqətdə olduğunu vurğulayıb. O, ADPU rəhbərliyinin şəhidimizin bu yaxınlarda dünyaya gələn övladı İlknura olan dəyərli hədiyyələrini, şəhidlər haqqında materialların dərc olunduğu universitetin “Gənc müəllim” qəzetinin saylarını ailəyə təqdim edib. Bildirib ki, balaca İlknur daim ADPU rəhbərliyinin diqqəti və himayəsində olacaq, əgər o da atası kimi müəllimlik peşəsini seçərsə, ADPU İlknur balamıza tam dəstək olacaq.

Sonra M.Səlimov Ağcabədi filialında təhsil aldığı dövrdə Ağaqardaşın nümunəvi davranışından, vətənpərvər mövqeyindən söz açıb.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed