Şrift:
Azərbaycanlı jurnalist Hollandiya parlamentində görüşlərdə iştirak edib
27.11.2012 [12:48] - Diaspor
“Davam.az” xəbər verir ki, Hollandiyada yaşayan jurnalist Vüqar Abbasov bu günlərdə üzvü olduğu “On File” jurnalistlər birliyinin üzvləri ilə birlikdə Niderland parlamentdə görüşlər keçiriblər

”Jurnalist həmkarlarımla birlikdə Niderland parlamentində çox maraqlı səfərimiz baş tutdu. Görüşdüyüm şəxslər içində Niderlandın məhşur və qocaman jurnalisti Maks de Bok (Max de Bok) ilə söhbət daha maraqlı oldu. Sonra söhbətimiz nahar süfrəsində davam etdi. Bu günlərdə Maks de Bokla görüşüb, ayrıca söhbət etmək fikrindəyəm. Onun dediklərindən maraqlı bir fikir daha çox diqqətimi çəkdi. O, dedi ki, onun fikrincə hər qəzetin öz rəngi var. Belə ki, hər mətbuat orqanının öz maraqları var. Görüşməkdə məqsədim, həm də onun bu fikrinə bir qədər də aydınlıq gətirməkdir”,-deyən Vüqar Abbasov bu yaxınlarda “On File” jurnalistlər birliyinin rəhbəri cənab Martin der van Randen ilə də müsahibə hazırlamaq fikrində olduğunu qeyd etdi: “Ümid edirəm ki, oxucularımız üçün maraqlı olacaq müsahibə hazırlaya biləcəm. Bu görüşlərdə bir çox məsələlərə, bəzən rast gəldiyim ikili münasibətlərə aydınlıq gətirmək istəyirəm”.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed