Şrift:
Azərbaycan dili, riyaziyyat, biologiya, kimya və tarix fənlərindən hazırlıq kurslarının növbəti onlayn məşğələləri keçirilib
09.03.2021 [10:55] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən Azərbaycan dili, riyaziyyat, biologiya, kimya və tarix fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və ekspertizasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

Mərkəzdən bildirilib ki, məşğələlərdə kurs iştirakçılarının hazırladıqları ev tapşırıqları müzakirə edilib. Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, biologiya fənni üzrə Nailə Əliyeva, kimya fənni üzrə Elşad Abdullayev və tarix fənni üzrə Hafiz Cabbarov ev tapşırıqlarının müzakirəsini aparıblar. İştirakçılar tapşırıqlar barədə təkliflərini veriblər.

Növbəti mərhələdə kurs iştirakçıları kalibrləmə prosesi ilə tanış olacaqlar.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed