Şrift:
Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək
09.03.2021 [10:57] - Gündəm, İdman
Martın 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq ilk iki komanda müəyyənləşəcək.

Qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq. “Yuventus” Turindəki “Alyans” stadionunda “Portu” klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun “Portu”nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.

“Yuventus”un heyətində Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir. Həmçinin zədəsi tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. “Portu”nun heyətində isə Şansel Mbemba-Manqulu qarşılaşmada iştirak etməyə bilər. Görüşün idarə olunması niderlandlı referi Byorn Keypersə həvalə olunub.

Digər matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə “Sevilya” klubları arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə “Borussiya Dortmund” səfərdə 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə adlamaq baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.

Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed