Şrift:
Barzani muxtariyyətinin poçt markalarında Güney Azərbaycan torpaqları “Kürdüstan” kimi göstərilib
09.03.2021 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Barzani hökuməti Katoliklərin dini lideri və Vatikan dövlət başçısı Papa Fransiskin İraqa səfəri ilə bağlı xatirə markaları çap edib.


Xatirə markalarında Güney Azərbaycanın qərb bölgəsində Qərbi Azərbaycan əyaləti bütünlüklə, Şərqi Azərbaycan əyalətinin bir qismi, Türkiyə Cumhuriyyətinin isə güneydoğu bölgəsi “Kürdüsta xəritəsi” içində, Kürdüstan torpağı kimi göstərilib.


Qeyd edək ki, bundan öncədə “Barzani muxtariyyəti”nə bağlı mətbuat orqanları, televizya kanalları və İran kürdlərinə məxsus təşkilatlar dəfələrlə bu xəritəni yayıblar.


Dəqiq statistika olmasada, müxtəlif qeyri-rəsmi araşdırmalara görə, son 50 ildə İraqdan və İranın kürdlər yaşayan bölgəsindən Qərbi Azərbaycan əyalətinə köçürülən kürdlərin ümumi sayı əyalət əhalisinin ortalama 12-15 faizini təşkil edir.


Bunların isə bir qismi sonradan türk kəndlərində məskunlaşan və İraqla-İran arasında köçəri həyatı yaşayan mühacirlərdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed