Şrift:
Gürcüstan azərbaycanlıları Novruz bayramında komendant saatının ləğv olunmasını istəyirlər
12.03.2021 [11:11] - Xəbərlər, Sosial, Borçalı
Gürcüstanda azərbaycanlıların təsis etdikləri bir neçə qeyri-hökumət təşkilatı (QHT) gənclər və ictimai fəallar Baş nazir İrakli Qaribaşviliyə müraciət ediblər. Müraciət müəllifləri Gürcüstanda tətbiq olunan komendant saatının Novruz bayramı günü ləğvini xahiş edirlər.

İdeyanın müəllifi “Aktual media” təşkilatı və onun nəzdindəki Aktual.ge xəbər portalının rəhbəri İlkin Hüseynov bildirib ki, Novruz bayramının qeyd olunması, bayram adət-ənənələrinə uyğun olaraq qonaq getmək, papaq atmaq, tonqal qalamaq və. s tədbirlər axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün komendant saatının martın 21-də aradan götürülməsini təklif edirik.

Müraciət bu gün hökumət administrasiyasına təqdim edilib.

Qeyd edək ki, Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından saat 21:00-dan saat 05:00-dək ölkə üzrə piyadalar və avtomobillərin hərəkətinə icazə verilmir.

Məlumat üçün xatırladaq ki, Gürcüstan hökuməti koronavirusla əlaqədar tətbiq etdiyi komendant saatı rejimini Milad bayramında yanvarın 6-da saat 21-dən yanvarın 7-si saat 21-dək ləğv edib.
Bu xəbər oxucular tərəfindən 4620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed