Şrift:
Şimal bölgəsinə 20 santimetr qar yağıb, 14 dərəcə şaxta qeydə alınıb
12.03.2021 [11:29] - Xəbərlər, Sosial, Bildiriş
Martın 11-i axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 santimetr qar yağıb. Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr təşkil edir.

Şimal bölgəsində ən aşağı temperatur – mənfi 14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.

Quba-Xınalıq yolun avtomobillərin hərəkəti üçün çətinləşsə də, açıqdır.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed