Şrift:
Güney Biləsuvarda yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb
12.03.2021 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əli Şahbazi Qənbərlu hadisənin Xoruzlu üçyolunda baş verdiyini və hadisə yerinə xilasetmə qrupunun göndərildiyini bildirib.


O, hadisə nəticəsində aşan minik avtomobilinin yandığını və sürücünün aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirdiyini deyib.


Qızıl Aypara Cəmiyyətinin başçısı başqa avtomobildə olan dörd nəfərin isə ağır yaralandıqlarını və Germi şəhər xəstəxanasına köçürüldüklərini söyləyib.


Şahbazi “bir tox avtomobillərdə təhlükəsizlik təchizatə, təcili tibbi yardım əşyaları və yanğınsöndürmə kapsullarının olmadığına görə, avtomobil qəzalarında hadisə yerində olanların xilasetmə üçün müdaxilələri mümkün olmur” deyə bildirib.
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed