Şrift:
Tehranda Azərbaycanın aşıq qurupunun çıxışı maraqla qarşılanıb
12.03.2021 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən axşam Tehranın “Vəhdət” salonunda keçirilən "Novruz nişanəsi"nin qeyd olunmasında Azərbaycan aşıq qrupunun çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.


Mərasimdə bir sıra daxili və xarici qonaqlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Sərvər Bəxti və müxtəlif ölkələrdən olan diplomatlar iştirak ediblər.


Novruzun simvolunun təqdim olunduğu bu mərasimdə İranın müxtəlif bölgələrindən olan musiqi qrupları bölgələrinin yerli musiqilərini ifa ediblər.


Ayrıca, bu mərasimdə bir neçə İran və xarici mədəniyyət və sənət şəxsiyyətlərinə “Novruz nişanı” verilib.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed