Şrift:
Həmas İranı Bəşər Əsəd hakimiyyətindən uzaqlaşmağa çağırdı
28.11.2012 [10:24] - Siyasət
“Həmas” liderinin müavini Musa Əbu Mərzuq Misir paytaxtı Qahirədə jurnalistlərə açıqlamasında İranı Suriya ilə bağlı siyasətini dəyişib Bəşər Əsəd hakimiyyətindən uzaqlaşmağa çağırıb.
Musa Əbu Mərzuq deyib ki, İran “Həmas”ın Suriya rejiminə yaxınlaşmasını istəsə də, qurum Tehranla razılaşmayıb: “Hazırda İranın ərəb dünyasındakı mövqeyi və yeri çox zəifləyib. İran Suriya ilə bağlı mövqeyinə görə ərəb ölkələrinin ictimaiyyətində təcrid olunub. Biz İranı Suriya ilə bağlı mövqeyinə yenidən baxmağa, Bəşər Əsəd hakimiyyətindən uzaqlaşmağa və ona dəstəyi dayandırmağa çağırırıq”.
İranın Livandakı səfiri Qəzənfər Rüknabadi isə jurnalistlərə açıqlamasında Suriya məsələsində İranla “Həmas” arasında ixtilaf yarandığını təsdiqləyib: “Suriya məsələsində İranla “Həmas” arasında ixtilafların olmasına baxmayaraq bizim bir sıra strateji məsələlərdə əlaqələrimiz yaxşıdır”.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed