Şrift:
Xalça Muzeyinin iştirakı ilə növbəti onlayn görüş keçiriləcək
16.03.2021 [11:36] - Gündəm, Mədəniyyət
Martın 17-də Bakı vaxtı ilə saat 21:00 -da Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin iştirakı ilə “Tandem-sofa” Berlin-Bakı onlayn görüşü təşkil olunacaq.

Xalça Muzeyindən bildirilib ki, Berlin İslam Əsərləri Muzeyində qorunan Azərbaycan xalçaları, xüsusilə Şirvan xalçası haqqında, həmçinin Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılan bu sənətkarlıq nümunəsinə bənzəyən XVII əsrə aid Şirvan xalçası barədə maraqlı məlumatlar əldə etmək istəyənlər ilk divan söhbətinə qoşula bilərlər.

İngilis dilində keçiriləcək görüşə qatılmaq üçün qeydiyyat tələb olunmur.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed