Şrift:
“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsər qəbulu davam edir
17.03.2021 [11:09] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun rəşadət və qəhrəmanlığına həsr olunmuş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu davam edir.

Qalereyadan bildirilib ki, mövzu ilə bağlı əsərlərin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərmək tələb olunur.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed