Şrift:
Xalq rəssamı Arif Hüseynov Xalça Muzeyində mühazirə deyəcək
18.03.2021 [11:40] - Gündəm, Mədəniyyət
Martın 19-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisinə həsr olunmuş mühazirə təşkil olunacaq.

Xalça Muzeyindən bildirilib ki, Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, poetik tablolar barədə mühazirəni rəssamın öz təqdim edəcək.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed