Şrift:
“Sehrli Novruz” virtual rəsm sərgisi keçirilib
18.03.2021 [11:41] - Gündəm, Mədəniyyət
“Sehrli Novruz” adlı virtual rəsm sərgisi keçirilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim Yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərginin keçirilməsində məqsəd Amerikada yaşayan uşaqlara Novruz bayramının adət-ənənələrini, milli dəyərlərimizi öyrətmək, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Çəkilən rəsmlərdə bayram adət-ənənələri, atributları, yazın gəlişi əks olunub. Sərgiyə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim edilib. Virtual sərgi sosial şəbəkələr vasitəsilə yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed