Şrift:
Əfqanıstanda helikopter qəzasında 9 nəfər həlak olub
18.03.2021 [11:42] - Gündəm, Hadisə
Əfqanıstanın mərkəzi hissəsində yerləşən Vardak əyalətində xüsusi təyinatlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. “Təəssüf ki, ötən gecə Vardak əyalətinin Behsud dairəsində Mi-17 helikopteri qəzaya uğrayıb. İnsident nəticəsində təhlükəsizlik qüvvələrinin göyərtədə olan 9 əməkdaşı həyatını itirib. Müdafiə Nazirliyi qəzanın səbəblərini təhqiq edir”, - deyə məlumatda bildirilir.

Hadisənin digər təfərrüatları açıqlanmır.

KİV-də yayılan bəzi xəbərlərə görə, hadisənin şahidləri helikopterin silahlılar tərəfindən vurulduğunu iddia edirlər.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed