Şrift:
Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin nəticəsi açıqlanıb
19.03.2021 [11:39] - Gündəm, İqtisadiyyat
Energetika Nazirliyi yanında İctimai şuranın tərkibinin müəyyən olunması üçün seçkilər keçirilib. Seçkilərdən sonra Seçki Komissiyası tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb.

Nazirlikdən bildirilib ki, seçkilərdə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Adbullayeva Mehriban Əli qızı İctimai şuraya üzv seçilib.

Qeyd edək ki, İctimai şuraya seçilmək üçün cəmi bir nəfərin yetərli səs topladığı, şura üzvlərinin say həddinin isə 7 nəfər olduğu nəzərə alınmaqla, boş qalan yerlərə təkrar seçkilər keçiriləcək.

Qanunvericiliyə əsasən, boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi ilə bağlı Seçki Komissiyası tərəfindən üç gün müddətində qəbul ediləcək qərar barədə əlavə məlumat veriləcək. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər seçilmiş hesab olunurlar.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed