Şrift:
“Zəif İran region üçün daha zərərsizdir”-Politoloq
30.03.2021 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Məhz 25 il ərzində 400 milyard dollar İran iqtisadiyyatına sərmayə qoyulacaq. Bunun müqablində Çinin İrandan neft alması planlaşdırılır. Hesab edirəm ki, bu müqavilə çərçivəsində Çin İran vasitəsi ilə ABŞ ın regionda maraqlarnın zəifləməsinə çalışacaq.

Həmçinin İran iqtisadiyyatında müəyyən artımın olacağı şübhəsizdir. Təbii ki, Çinin regiona gəlişi və İranla sıx əlaqələri və İranın inkişafı Azərbaycan üçün müsbət bir proses vəd etmir. İranın güclənərsə, bu ölkənin Cənubi Qafqaza da təsirləri qaçılmazdır.

Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə daima koordinasiyalı siyasət aparmaqla, müstəqil ölkə olaraq bütün sahələrin inkişafını, xüsusilə demokratik islahatları sürətləndirməklə İranın ölkəmizə təzyiqini neytrallaşdıra biləcək. Ümumiyyətlə İranın zəif ölkə olması regionda sabitliyə xidmət edir”.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed